<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Göylərin, yerlərin sahibisən İL30</title>
<lyrics>[V1]
 Göylərin, yerlərin sahibisən,
 Yaradan Sənsən, yaşadan Sən.
 Uzanır Sənə əllərimiz
 Diləyən biziksə, verən Sən.

[C1]
   Sən nə qədər mərhəmətlisən,
   Sən nə qədər səxavətlisən,
   Hamımızın Atası Sənsən,
   Həyat verənsən, həm sevənsən.

[V2]
 «Rəbb» deyib, Səninlə öyünürük,
 Səndə yaşayıb, sevinirik.
 Səni dünyaya dəyişmərik,
 Sənin önündə diz çökürük.

[V3]
 Alqış Sənə, ey Allahımız,
 Böyük, Müqəddəs Allahımız.
 Səndə tapmışıq xoşbəxtliyi,
 Sənsən ən parlaq sabahımız.</lyrics>
<hymn_number>30</hymn_number>
</song>